Elm və Texnologiya

"TikTok" qadağaya görə Montana ştatının rəhbərliyini məhkəməyə verir

TikTok-un hüquqşünasları öz ərazisində eyniadlı sosial şəbəkəyə qadağa qoyan Montana ştatının (ABŞ) hakimiyyətinə qarşı iddia qaldırıb. Bu barədə ABC News xəbər verir.

“Biz biznesimizi və əyalətdəki yüz minlərlə sosial media istifadəçisini qorumaq üçün Montanada TikTok-a konstitusiyaya zidd qadağaya etiraz edəcəyik”, - TikTok-un bəyanatında deyilir.

Ərizədə şirkət həmçinin iddia edir ki, Montanada TikTok-un məhdudlaşdırılması ABŞ Konstitusiyasının Birinci Düzəlişdə söz azadlığı təminatlarını pozur.

Xatırladaq ki, Montana hökuməti 2023-cü ilin aprelində məşhur sosial şəbəkəni qadağan edən qanun qəbul edib. Sənədin mətninə əsasən, Google və Apple TikTok proqramını App Store və Google Play-dən silməli olacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)