Naxçıvanda daha bir təyinat
Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.
Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Amil Rəhimov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin olunub.