Bank

Bankların büdcəyə ödədiyi verginin həcmi 56% artıb

2023-cü ilin yanvar-aprel aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 512,9 milyon manat (artım 31,9%) təşkil edib.

ENA.az xəbər verir ki, bankların vergi ödənilənədək ümumi mənfəəti 434,1 milyon manat olub və bu ötən ilin eyni dövrü ilə müqayisədə 42,2% çoxdur. Mənfəət vergisi üzrə dövlət büdcəsinə ödənişlər isə 88,9 milyon manat təşkil edib. Bu, 55,7% artım deməkdir.

30 aprel 2023-cü il tarixinə respublikada 25 bank fəaliyyət göstərirdi. Bu bankların 10-u xarici kapitallıdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department