Depozitlərin azalmasında ABB izi
2023-cü ilin yanvar-mart aylarında Azərbaycan banklarının öhdəlikləri 39 milyard 771,3 milyon manat olub.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, burada azalma 4% təşkil edir. Xüsusən də Azərbaycan Beynəlxalq Bankında depozitlərin 2 milyard azalması bu faizi formalaşdırıb.
Banklarda depozit portfeli 32 milyard 366,9 milyon manata düşüb. Hüquqi şəxslərin depozitləri azalsa da, əhalinin əmanətləri 4,1% artaraq 11 milyard 955,4 milyon manata çatıb.
Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 2 dəfə azalaraq 108,6 milyon manat məbləğində qiymətləndirilir. Bankların ümumi kapitallaşması isə 3,4% artaraq 5 milyard 811,4 milyon manat təşkil edir.