Azərbaycanda hansı tikinti materiallarının istehsalı artıb?
2023-cü ilin dörd ayında Azərbaycanda 300,9 milyon manat dəyərində tikinti materialları istehsal edilib. Bu, hazırkı məzənnə ilə 177 milyon dollar deməkdir və keçən ilin eyni dövrü ilə müqayisədə 20,5% çoxdur.
Tikinti materiallarının tərkibində 1,048 milyon ton sementin, 8,4 min kubmetr betondan yığma tikinti konstruksiyaların (azalma 34,4%), 22,1 min ton asfaltın (azalma 12,6%), 174,9 min kubmetr tikinti kərpicinin (azalma 25,1%) və 3,004 milyon kvadratmetr tikinti şüşəsinin (artım 32,4%) payına düşüb.
Bundan başqa, 1,042 milyon ton sement klinkeri (artım 1,7%), 20,5 min ton tikinti gipsi (artım 2,3 dəfə), 1,102 milyon ton hazır beton qarışığı (artım 19%) və 20,1 min ton tikinti əhəngi (artım 89,6%) istehsal edilib.