Aqrar

Azərbaycanın ən iri aqroparklarından birinin rəhbəri dəyişdi

Xaçmaz rayonundakı iri aqroparklardan biri  “Food City Agropark” MMC-nin baş icraçı direktoru dəyişib.

Məlumata görə, Seymur Adıgözəlov Elmir oğlu vəzifəsindən ayrılıb, onu bu vəzifədə Anar Ağayev Hidayət oğlu əvəz edib.

Anar Ağayev buna qədər aqrar sektorda çalışan bizneslərdə çalışıb. Belə ki, o “AZBADAM” MMC-nin baş icraçı direktoru olub.

Xatırladaq ki, “FoodCity Agropark” MMC 2018-ci ildə təsis edilib və onun 59.61 mln. manat nizamnamə kapitalı var. Şirkətin Xaçmaz rayonunun Xudat şəhərində yerləşən aqrokompleksin tikintisinə 2020-ci ilin sentyabr ayından başlanılıb.

12 hektar ərazidə salınmış aqropark daxilində logistika mərkəzi, nəzarət-buraxılış məntəqələri, dövlət qurumları üçün inzibati binalar, soyuducu saxlanma anbarları, çeşidləmə-qablaşdırma sahələri ilə yanaşı ofis, qonaq evi, restoran və digər yardımçı tikililərin inşa edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)