Elm və Texnologiya

ABŞ-ın Montana ştatında “TikTok”dan istifadə qadağan edilib

ABŞ-da ilk dəfə olaraq Montana ştatında “TikTok”dan istifadə qadağan edilib.

Müvafiq qanunu ştatın qubernatoru Qreq Gianforte imzalayıb.

Qeyd edilib ki, Montana ABŞ-da “TikTok” sosial şəbəkəsini tamamilə qadağan edən ilk ştatdır.

Buna səbəb kimi bəzi məxfi məlumatların qorunması göstərilib.

Qadağa gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)