Pfizer şirkəti 31 milyard dollarlıq istiqraz buraxdı
Pandemiya dövründə mışhurlaşan Amerika dərman şirkəti Pfizer Inc.səkkiz tranşlı istiqrazların yerləşdirilməsi çərçivəsində 31 milyard dollar cəlb edib.
Moody`s Investors Service istiqrazlara "A1" reytinqi verib. Notların ödəmə müddəti 2025, 2026, 2028, 2030, 2033, 2043, 2053 və 2063-cü illərdir və satışdan əldə olunan gəlir 43 milyard dollar rəqib xərçəng dərmanı şirkəti Seagen Inc.-in alınmasına sərf olunacaq.
Informa Global Markets-in məlumatına görə, bu, ABŞ-ın investisiya səviyyəli korporativ istiqraz bazarı tarixində bu, dördüncü ən böyük yerləşdirmədir.
MarketWatch məlumatlı mənbəyə istinadən qeyd edir ki, 10 illik gəlir təxminən 4,7% təşkil edib.