Sosial iqtisadiyyat

Azərbaycandan xaricə pambıq satışı azalıb- SƏBƏB

Azərbaycandan pambıq ixracının azalması obyektiv səbəblərlə əlaqədardır, bunların arasında müəyyən ixrac bazarlarında pambıq ipliyinə tələbin azalması da var. 

ENA.az xəbər verir ki, ixracın azalmasının əsas səbəblərindən biri 2023-cü ilin fevral ayında Türkiyədə baş verən güclü zəlzələdir. Belə ki, Türkiyənin Kahraman Maraş şəhərindəki böyük iplik müəsisəsi zəlzələ nəticəsində fəaliyyətini dayandırmışdı. Bu müəssisə isə pambığı Azərbaycandan alırdı. 

“Görüş zamanı bu məsələlər ilə bağlı şirkət nümayəndələrinin tələb və təklifləri dinlənilib və meydana gələn problemlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin aparılacağı bildirilib”, - AZPROMO-dan vurğulanır.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2023-cü ilin yanvar-mart aylarında Azərbaycandan pamblq mahlıcı ixracının 31,3 milyon dollar təşkil etdiyini bildirib. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 56,6% azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)