Bank

Access2Succes: qadın sahibkarlar üçün təlimlərə start verildi

 AccessBank-ın Access2Success layihəsi çərçivəsində təlimlərə başlanıldı. Sahibkarlığa ilk addımlarını atan qadınların inkişafına yönəlmiş layihədə iştirak üçün 100-ə yaxın namizəd müraciət edib. Onlardan tələblərə cavab verən 50 nəfər təlimlərə qatılmaq hüququ əldə ediblər. Hazırda Bakı və regionları təmsil edən qadın sahibkarlar biznesin strateji inkişafı, böhran dönəmində idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış, ənənəvi və rəqəmsal marketinq, elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzularda ekspertlərdən təlimlər alırlar.

Access2Success layihəsi  AccessBank-ın əsas səhmdarı olan Asiya İnkişaf Bankının dəstəyi ilə keçirilir.

Qeyd edək ki, Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlimlərini artıq ikinci dəfədir ki, həyata keçirir. Ötən ildən həyata keçirilən layihədə Bankın məqsədi mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləməkdir.

 

 

 

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.

 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

 

*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department