TURİZM

Gürcülərin Rusiyada "vizasız günləri" başlayır

Gürcüstan vətəndaşları bugündən, yəni mayın 15-dən etibarən Rusiyaya vizasız gedəcəklər, çünki Rusiya Prezidentinin Gürcüstan vətəndaşları üçün tətbiq olunan viza rejiminin ləğvinə dair fərman bugündən qüvvəyə minir.

ENA.az xəbər verir ki, fərmana əsasən, Gürcüstan vətəndaşlarına şəxsiyyəti təsdiq edən etibarlı sənədlər əsasında 90 günə qədər bu ölkədə vizasız qalmaq hüququ verilir.

Yaxın günlərdə Moskva-Tbilisi reysi üzrə uçuşların həyata keçiriləcəyi də gözlənilir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)