İlham Əliyev və Paşinyan yenidən Brüsseldə görüşəcək
Avropa İttifaqı Azərbaycan və Ermənistana hərtərəfli normallaşmaya nail olmaq üçün yardım etməyə sadiqdir.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra deyib.
“Biz onların birgə səylərinə töhfə verməyə davam edəcəyik”, - Şarl Mişel bildirib.
Onun sözlərinə görə, Aİ-nin gizli gündəliyi yoxdur, məqsəd tərəflərin hərtərəfli sülhə nail olmasına töhfə verməkdir. Mişel liderlərin iyulda Brüsseldə görüşəcəyini qeyd edib.