Avtomobil

Türkiyədə Rusiya üçün yeni "Toyota" istehsal edilir

Türkiyədəki “Toyota” zavodunda Avropa və Rusiya bazarları üçün “Toyota Corolla” sedanlarının yığımına başlanılıb.

"BI"nin məlumatına görə, konveyerin işə salınması mərasimində “Toyota Motor Europe”in menecerləri, yerli məmurlar və Türkiyənin vitse-prezidenti Fuad Oqtay iştirak ediblər.

Rusiya və Avropa ölkələri üçün modifikasiyalar ön hissənin dizaynı ilə universallar və hetçbeklərdən fərqlənəcək.

Həmçinin istehsal xəttində 115 at gücü ilə 1.2 l turbomühərrikli avtomobillər olmayacaq. Bunun əvəzinə 132 at gücündə 1.6 l atmosfer mühərrik quraşdırılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)