Türkiyədə məmurların maaşları 45% artacaq
Türkiyədə məmurların maaşı artırılacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü il İctimai Kollektiv Əmək Müqaviləsi Çərçivə Anlaşması Protokolunun imzalanma mərasimində deyib.
“Sosial təminat payı da daxil olmaqla, maaşları 45% artırırıq. Beləliklə, dövlət qulluqçusunun ən aşağı maaşı 15 min lirə olacaq”, – o bildirib.