Rəsmi

Naxçıvan Hərbi Prokurorluğu yaradıldı - SƏRƏNCAM

Naxçıvan Hərbi Prokurorluğu yaradılıb.

ENA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sərəncam imzalayıb.

“Prokurorluq haqqında” qanuna edilən dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əsasında Naxçıvan Hərbi Prokurorluğu yaradılıb.

Nazirlər Kabinetinə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanundan irəli gələn məsələləri həll etmək tapşırılıb.

“ Prokurorluq haqqında” qanuna edilən dəyişikliyə əsasən isə Muxtar Respublikasının Hərbi Prokurorluğu Azərbaycan Respublikasının Prokurorluğu sistemindən çıxarılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department