Sosial iqtisadiyyat

Azərbaycanda yeni aqropark tikilir - 600 nəfər işlə təmin olunacaq

Azərbaycanda yeni aqropark tikilir.

Xaçmaz rayonunun Xudat şəhərində illik istehsal gücü 60 min ton nəzərdə tutulan “Foodcity Agropark” inşa olunur.

Aqroparkda logistika mərkəzi, nəzarət-buraxılış məntəqələri, dövlət qurumları üçün inzibati bina, soyuducu saxlanma anbarları, çeşidləmə-qablaşdırma sahələri fəaliyyət göstərəcək. Bununla yanaşı aqroparkda ofis, qonaq evi, restoran və digər yardımçı tikililər də inşa edilib. Müasir tələblərə cavab verən müəssisənin ümumi sahəsi 12 hektardan çoxdur.

İlkin mərhələdə aqroparkda 300 nəfər daimi işlə təmin olunacaq. Gələcəkdə isə işçilərin sayının 600-dək artırılması nəzərdə tutulub.

Ölkəmizin şimal qapısı sayılan Xaçmaz rayonunda inşa olunan aqroparkın investisiya dəyəri 90 milyon manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)