Bank

Mərkəzi Bank valyuta bazarına müdaxilə etməyib

Azərbaycanın strateji valyuta ehtiyatları rekord 65,7 milyard dollar həcmində qiymətləndirilir. ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bəyan edib.

“2023-cü ilin 4 ayı ərzində strateji valyuta ehtiyatlarının məbləği 12,3%, yəni 9,2 milyard artaraq 65,7 milyard dollara çatıb.  Yanvarın əvvəlində biz yeni valyuta bazarı qurduq və bazarın iştirakçılarını biz bu platformaya gətirdik. Nəticədə bir vahid ekranda tələb və təkliflər görünür. Yəni ötən müddətdə Mərkəzi Bank valyuta bazrına müdaxilə etməyib”, - Kazımov çərşənbə günü mətbuat konfranslnda bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin yanvar-aprel ayları ərzində AMB-nin valyuta ehtiyatları 2,2% və ya $193,5 milyon artaraq $9,2 milyard təşkil edib.

Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)