Rəsmi

Prezident Səmərqənd sazişini TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. 

Modern.az xəbər verir ki, dövlət başçısı həmçinin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da imzalayıb.

Qeyd edək ki, sənədlər 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)