Azərbaycanlılar xaricdə nə qədər avtomobil qəzası törədir?
Azərbaycan vətəndaşları il ərzində xarici ölkələrdə 150-200 nəqliyyat hadisəsi törədir.
Azərbaycanda isə xarici vətəndaşlar tərəfindən 40 sığorta hadisəsi baş verir.
İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədovun sözlərinə görə, yaşıl kart sistemi ilə bağlı 2022-ci ildə Avropa sisteminə qoşulma bu sahədə fəaliyyəti effektiv qurmağa imkan yaradıb.
Hazırda 6 gün ərzində belə hadisələr üzrə sığortanı ödəyərək tam sənədləşməni bitirmək olur. Sığorta şəhadətnaməsi ilə bağlı ilkin təsdiq qərarı isə 6 həftə ərzində bildirilməlidir.
Azərbaycan vətəndaşının aldığı yaşıl kart 46 ölkənin ərazisində tanınır.