Gündəm

Ərdoğan Türkiyənin milli döyüş təyyarəsinin rəsmi adını açıqladı - YENİLƏNİB

“Milli döyüş təyyarəmizin adı Kaandır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli döyüş təyarəsinin tanıdılması tədbirində çıxışı zamanı deyib.

“Xalqımıza, dövlətimizə xeyirli-uğurlu olmasını arzulayıram”, – dövlət başçısı bildirib.

Ardınca o, təyyarələrin pilotları ilə görüşüb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün milli döyüş təyyarəsinin rəsmi adını açıqlayacaq.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edək ki, milli döyüş təyyarəsi bu ilin sonunadək ilk uçuşunu həyata keçirəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)