"Krım yarımadasını azad edəcəyik"
Ukrayna əks-hücuma keçməyi planlaşdırır.
Bunu ölkə prezidenti Volodimir Zelenski “Yle” telekanalına müsahibəsində bildirib.
O deyib ki, Ukrayna Rusiya qüvvələrini dəf edə, həmçinin Krım yarımadasını azad edə biləcək. Zelenski hücumun vaxtını açıqlamayıb. Telekanlın məlumatına görə, əks-hücumun yazın sonu və ya yayın əvvəlinə planlaşdırıldığı güman edilir.
Zelenski qeyd edib ki, Ukraynanın uğuru Qərbin göndərəcəyi silahlardan asılıdır: “Biz mümkün qədər çox insanın həyatını xilas etmək istəyirik, ona görə də silahlar vacibdir”, – Ukrayna prezidenti vurğulayıb.