Tərtərdə mina partladı - Üç nəfər öldü

ərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.
Partlayış nəticəsində hər üç şəxs həlak olub. Bunlar 1982-ci il təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir.
Tank əleyhinə minanın partlayışı nəticəsində həlak olanlar RPS Energy Ltd. şirkəti ilə çalışanlar olub.