Sərvəti bir gündə 10.1 milyard dollar artdı

Milyarder Mark Zukerberqin sərvəti cümə axşamı günü 10 milyard dollardan çox artıb.
Onun rəhbərlik etdiyi Meta Platformaların səhmləri birinci rübün nəticələrinə dair hesabatdan sonra demək olar ki, 14% artıb.
Məlumatlara görə, milyarder Mark Zukerberqin sərvəti aprelin 27-də 10,1 milyard dollar artıb. Onun rəhbərlik etdiyi Meta Platformaları yüksək satışları ilə investorları təəccübləndirib, bundan sonra şirkətin səhmləri demək olar ki, 14% artıb.
Cümə axşamı, aprelin 27-də birja ticarətinin bağlanışında səhmlər hər səhm üçün 238,56 dollara satılıb. Zukerberqin sərvəti artaraq 84,9 milyard dollara çatıb.Dünya milyarderlər siyahısında Facebook-un yaradıcısı hazırda 14-cü yeri tutur.