Gündəm

Qazaxıstan dördgünlük iş həftəsinə keçir

Qazaxıstanda iyulun 1-dən dördgünlük iş həftəsi tətbiq ediləcək.

ENA.az xəbər verir ki, bu barədə ölkənin Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Əmək Məcəlləsində beş günlük və ya altı günlük iş həftəsi də nəzərdə tutulub. İş həftəsinin müddəti tərəflərin razılığı ilə müəyyən ediləcək.

Məcəlləyə əsasən, iş həftəsinin uzunluğundan asılı olmayaraq, ümumi istirahət günü bazar günüdür. Beş günlük və dördgünlük iş həftəsi ilə ikinci və ya üçüncü istirahət günü kollektiv müqavilə və ya əmək qaydaları ilə müəyyən ediləcək.

Mvafiq olaraq, Qazaxıstan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinə bu maddə əlavə edilib: “Tərəflərin razılığı ilə Əmək Müqaviləsi beş günlük və ya altı günlük iş həftəsi ilə əvəzlənmək hüququ ilə dördgünlük iş həftəsi təyin etməyə imkan verir”.

Qeyd edək ki, Qazaxıstanda dördgünlük iş həftəsinə keçidlə bağlı müzakirələr 2022-ci ildə başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)