MALİYYƏ

Dollara qarşı "stop dövrü" başlayır

Beynəlxalq maliyyə münasibətlərində vəziyyətin ağırlaşdığını etiraf edən dünya liderləri indi Amerika valyutasından imtina etməyə başlayıblar.

Bİ.az bu barədə “Bloomberg”ə isttinadən xəbər verir.

Qeyd edək ki, fakt liderlərin ifadələrində də öz əksini tapır.

Belə ki, bir müddət əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker avropalıların öz məhsulları dollarla almaq məcburiyyətində qalmasını “absurd” vəziyyət adlandırmışdı.

Fransanın maliyyə naziri Bruno Le Mer açıq şəkildə bəyan edib ki, Fransa ABŞ-dan tamamilə qeyri-asılı olan maliyyə vasitəsinə sahib olmaq istəyir.

Rusiya da beynəlxalq hesablaşmalarda dollarla bağlı artan riski nəzərə alaraq bu valyutada olan aktivlərini azaltmağa çalışır.

Çin isə, müqavilələri yuanla bağlamaqla qlobal enereji bazarında ABŞ dollarına meydan oxuyur.

Məqalənin müəllifi qeyd edir ki, güc balansının bu cür dəyişməsi Amerikanın zərərinədir. Buna səbəb isə, Amerika hökumətinin dünya ölkələrinə, o cümlədən, öz müttəfiqlərinə qarşı tətbiq etdiyi maliyyə sanksiyalarıdır.

Avropa liderləri qitənin iqtisadi suverenliyinin işğalına cavab olaraq avropa şirkətlərinə sanksiyaya məruz qalan ölkələrlə biznes əlaqələri qurmağa imkan verən yeni ödəniş sistemi üzərində çalışırlar. Elə bir sistem ki, ABŞ-ın sanksiyalarına məruz qalmaq riski olmasın.

Hətta, əgər Avropa qısa müddətdə ABŞ sanksiyalarından yayınmağın yolunu tapa bilməsə də, liderlərin bu cəhdi dolların hegemonluğu ilə bağlı olan narahatlığı göstərir.

Qeyd edək ki, hazırda dolların əsas üstünlüyü ondan ibarətdir ki, onunla rəqabət aparan valyutalar zəifləyir, Avrozonada  bir sıra problemlər yaşanır. Çin isə, hələ ki, açıq kapital axını və qlobal ticarətdə ehtiyatlı davranır.

ABŞ-la Avropa arasında münasibətlər rəsmi Vaşinqtonun İranla nüvə sazişindən çıxması və Avropaya qarşı alüminium və polad üzərində idxal rüsumlarını artırmasından sonra pisləşib.

Rusiya öz növbəsində iqtisadiyyatın dedollarizasiyasına çalışır, fəal şəkildə qızıl alır və amerikanın dövlət istiqrazlarını satır.

Bundan başqa, Pekinlə Vaşinqton arasında olan “ticarət müharibəsi” də gərginləşir. Belə bir vəziyyətdə Çin son 6 ayda minimum olmaqla ABŞ-ın dövlət borclarına yatırımlarını 7.7 milyard dollar azaldıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department