Azərbaycanda istiliyin verilməsi müddəti dəyişdirilə bilər

“Azəristiliktəchizat” ASC, Energetika Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparmaqdadır.
Bunu “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev deyib.
O qeyd edib ki, mövcud qaydalara əsasən, noyabr ayının 15-dən aprelin 15-ə qədər davam edən mövsüm havanın temperaturuna əsasən tənzimlənir.