Səfərbərlik Xidmətinin Naxçıvan idarəsinə yeni rəis təyin olunub
![](https://ena.az/uploads/news/2023-04/_ena_65f0425813cba9bd44297322d_o.jpg)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə rəis təyin olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovun müvafiq əmri ilə bu vəzifəyə Elmar Tağıyev təyinat alıb.
O bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Katibliyinin rəisi olub.(Unikal)