Elm və Texnologiya

“WhatsApp”da artıq heç bir mesaj silinməyəcək - YENİLİK

“WhatsApp” messencerində istifadəçilər mesajların, foto və videoların ehtiyat nüsxəsini çıxara biləcəklər.

ENA.az xəbər verir ki, yeni funksiya bir neçə həftə ərzində aktivləşdiriləcək.

“WhatsApp”ın bulud xidməti əsasında yaradılan funksiya hər bir istifadəçiyə “Google Drive” və ya “Apple iCloud” hesabında ehtiyat nüsxələri çıxarmağa imkan verəcək.

İstifadəçilər ehtiyat nüsxə çıxarmaq üçün əvvəlcədən “Google Drive” və ya “Apple iCloud” hesabı açmalıdırlar. Bu hesablar olmadan ehtiyat çıxarma funksiyasından istifadə etmək mümkün deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)