IIF prezidentinin 'böhran' şərhi
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) prezidenti Tim Adams mart ayında ABŞ-da Silikon Vadisi Bankının iflası ilə başlayan qarışıqlığın “böhran” olmadığını bildirib. Lakin o, xəbərdarlıq edib ki, "aşağı risklər realdır".
IIF prezidenti Adams ötən ay bank sektorunda yaşanan burulğanın sistemli bir böhran olmadığını və böhranın aradan qaldırıldığını açıqlayıb.
Martın əvvəlində ABŞ-da Silikon Vadisi Bankının (SVB) iflası 2008-ci ildə qlobal maliyyə böhranından sonra ən böyük bank iflası olub və təlatümlərin təsiri Avropada da hiss olunub.
BVF-nin Vaşinqtondakı toplantılarında CNBC-yə danışan Adams, mart ayında baş verən hadisələrin bazarda təlatüm yaratdığını, lakin heç bir 'böhran' olmadığını iddia edib.
Adams, "ABŞ-da 4000-dən çox bank var və qlobal miqyasda SWIFT sisteminə daxil olan 10 min bank və 35 min maliyyə qurumu var. Ona görə də bunun böhran olduğunu düşünmürəm. Amma biz ayıq olmalıyıq" deyib.
Baş verənlərin 2008-ci ildəki maliyyə böhranından çox fərqli olduğunu qeyd edən Adams, "Məncə, belə banklarda nəyin səhv olduğunu anlamaq lazımdır, amma daha çox tənzimləməyə ehtiyac olduğunu düşünmürəm", - deyib.
Adams bildirib ki, əsas narahatlıq, xüsusilə inkişaf etmiş ölkələrdə artımın aşağı yönümlü riskləridir. Geosiyasi risklərə və FED gözləntilərinə diqqət çəkən Adams, "Fed yəqin ki, yenidən sərtləşdirəcək. Avropa və İngiltərədə sərtləşmə prosesi gedir. Bu səbəbdən risklər düşmə istiqamətdədir", şərhini verib.
BVF də dünən oxşar narahatlıqlarla qlobal artım proqnozlarını aşağıya doğru yenidən nəzərdən keçirib. BVF-nin baş iqtisadçısı Pierre-Olivier Gourinchas CNBC-yə bildirib ki, bank sektorundakı qarışıqlıq artım perspektivlərini zəiflədib.