Gündəm

Vilayət Eyvazov polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Sabirabad Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Anar Məmmədov vəzifədən azad edilib.

Digər əmrlə A.Məmmədov DİN-in Baş Mühafizə İdarəsinin Quba-Qusar Regional Mühafizə İdarəsinin rəisi təyin olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)