Qarabağ

Məhv edilən erməni hərbçilərin sayı AÇIQLANDI

Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində Ermənistanın 4 hərbçisi məhv edilib.

ENA.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, atışma zamanı Ermənistan ordusunun 6 hərbi qulluqçusu yaralanıb.

Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətindəki Azərbaycan mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)