İranla danışıqları müsbət qiymətləndiririk - XİN
Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetidir.
Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin aprelin 10-da verdiyi şərhlə bağlı yerli medianın sualını cavablandırarkən deyib.
Mətbuat katibi qeyd edib ki, bu xüsusda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir.
“Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir”, – deyə Ayxan Hacızadə vurğulayıb.