Gündəm

Bu il Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi 2 dəfə artacaq

Bu il Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi ən azı 2 dəfə artacaq.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “AZTV”yə müsahibəsində bildirib.

“Bu gün xalqlarımız arasıdna cəmiyyət səviyyəsində sıx dostluq əlaqəsi var. Azərbaycan və İsrail arasında növbəti addım ikitərəfli və iqtisadi əlaqələrin genişləndirilməsidir. İndi ölkələrimiz arasında ticarət dövriyyəsi olduqca yüksəkdir. Buna görə ticarəti şaxələndirmək istəyirik. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızın genişlənidirilməsində müəyyən rol oynayacaq”, – deyə səfir əlavə edib.

Xatırladaq ki, 29 mart 2023-cü il tarixində, xarici işlər naziri Ceyhun Bayramovun və İsrailin xarici işlər naziri Eli Kohenin iştirakı ilə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimi keçirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)