Rəsmi

Bayramovla Abdullahian arasında telefon danışığının detalları

7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən  verilən məlumata görə, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər.

Telefon danışığı zamanı iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.

Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

***

19:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın XİN başçısı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

ENA.az xəbər verir ki, bu barədə İranın "İrna" informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı nazirlər son vaxtlar baş verən hadisələrlə bağlı geniş müzakirələr aparıblar.

Bundan əlavə, Bakı və Tehran arasında ikitərəfli münasibətlər və bəzi regional məsələlərə toxunulub, mövcud vəziyyətdən çıxış yolları müzakirə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)