Naxçıvan MR-in Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edildi
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilib.
ENA.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, əvvəlki xidmətdə mövcud olan birinci müavini və üç müavin postu da ləğv olunub.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşılırıb.