TURİZM

2022-ci ildə dünayanın ən çox səyahət edilən ölkələri - SİYAHI

2022-ci ildə dünya üzrə 1 milyarda yaxın turist səyahət edib. Maraqlı fakt odur ki, Türkiyə ilk dəfə 51 milyon turist qəbul edərək, ilk üçlüyə daxil olub və bürünc medal qazanıb. ENA.az xarici KİV-lərə istinadən xəbər verir ki, ilk 3-lüyə Fransa, İspaniya və Türkiyə daxildir.

Aparılan araşdırmalara görə, İspaniya 74 milyon turist sayına görə ikinci yerdədir. Qalib isə 82 milyon turist qəbul edən Fransa olub. İlk beşliyə İtaliya və ABŞ da daxil olub ki, onların hər birini 50 milyon turist ziyarət edib.

Qəbul edilən turistlərin sayına görə ilk 10 ölkənin tam siyahısı belədir:

  1. Fransa - 82 milyon turist
  2. İspaniya - 74 mln
  3. Türkiyə - 51 milyon
  4. İtaliya - 50 milyon
  5. ABŞ - 50 milyon
  6. Meksika - 40 milyon
  7. Yunanıstan - 29 mln
  8. Böyük Britaniya - 28 milyon
  9. Almaniya - 25 mln
  10. Portuqaliya - 23 milyon
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)