TURİZM

AZAL-a müraciət edildi: “Bakıdan uçuşları bərpa edin”

Truskavets sovet vaxtlarından azərbaycanlıların sevimli istirahət və müalicə yeridir. Qərbi Ukraynadakı bu balneoloji kurorta hər il bizim minlərlə vətəndaşımız gedir. Ancaq son zamanlar Bakıdan ora getmək çətinləşib-Lvova birbaşa aviareyslər ləğv edilib.

"BI" xəbər verir ki, Truskavets şəhərinin meri Andrey Kulçinskiy haqqin.az  portalı vasitəsilə Bakıdan Lvova və geri uçuşları yeniləmək xahişi ilə AZAL rəhbərliyinə müraciət edib: “Bu günlərdə Bakıdan Xarkov və Odessa şəhərlərinə birbaşa aviareyslər açılıb və əgər aşağı qiymətli AZAL Lvova da uçuşlara başlasaydı, yaxşı olardı.

Təkcə keçən il Azərbaycanın təxminən 8 min vətəndaşı Lvovda olub və onların sayı hər il artır. Burada insanlara müxtəlif xəstəliklərdən sağalmağa kömək edən unikal kurortlar var. Mənə elə gəlir ki, Azərbaycan vətəndaşlarının Truskavetsə asanlıqla və rahatlıqla gəlmələri bizim ümumi maraqlarımıza uyğundur”.

Şəhərin meri öz tərəfindən əmin edib ki, bütün qonaqların, ilk növbədə də Azərbaycandan olanların rahat mehmanxana və turist komplekslərində yaşamalarını təmin edəcəklər.

A.Kulçinskiy xüsusi qeyd edib ki, yaxın vaxtlarda Truskavetsdə Azərbaycan biznesmenləri tərəfindən qoyulmuş sərmayə ilə tikilən mehmanxana açılacaq. Bundan başqa, onlar daha bir mehmanxananın tikintisinə vəsait qoyublar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)