TURİZM

“PMD”nin otel şirkətinə yeni rəhbər təyin olunub

“Yeni Şamaxı Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri dəyişib.

ENA.az-ın məlumatına görə, Məmmədov Süleyman Yaşar oğlu  “Yeni Şamaxı Hotel Company” MMC-yə yeni rəhbər təyin olunub.

Buna qədər vəzifədə Süleymanov Nazim idi.

Onu da qeyd edək ki, “Yeni Şamaxı Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Yeni Şamaxı Hotel Company Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan etmişdir. “Yeni Şamaxı Hotel Company” MMC-nin nizamnamə kapitalı 11 060 000 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)