AccessBank-dan qızıl kimi dəyərli kredit!
Sizin yerli Avropa bankınız AccessBank müxtəlif növ kredit məhsullarının sırasına Lombard kreditini də əlavə edir. Kredit əldə etmək üçün girov qismində dəyərli metallar və qızıl zinət əşyaları qəbul edilir.
Lombard krediti illik 24%-dən başlayaraq 36 ay müddətinə təqdim olunur. Həmçinin müştərinin istəyinə əsasən, kredit güzəşt müddəti ilə də təklif oluna bilər. Lombard kreditində maksimal məbləğ 20.000 AZN, minimal məbləği isə 200 AZN təşkil edir.
AccessBank-dan Lombard kreditini əldə etmək üçün Bankın Bakı və Abşeron – 20 Yanvar, N.Nərimanov, H.Aslanov və Sumqayıt, həmçinin Gəncə, Lənkəran və Xaçmazdakı regional filiallarına müraciət edə bilərsiniz.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.