"Kapital Bank"ın səhmdarlarının yğıncağının vaxtı dəyişdirildi
"Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının vaxtı dəyişdirilib.
Bu barədə ENA.az-a bankdan bildirilib. Məlumata görə, aprelin 26-da keçirilməli olan yığıncaq təxirə salınıb və mayın 4-də keçirilməsi nəzərdə tutulub. Səhmdarların növbədənkənar ümumi yığıncağı bankın Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcək.
Qeyd edək ki, səhmdarların növbədənkənar ümumi yığıncağında “Kapital Bank” ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi və müşahidə şurasının əsasnaməsinin yenilənməsi məsələsi gündəlikdə olacaq.