“Ümid edirik ki, Bakı-Tehran münasibətlərindəki hazırkı çat müvəqqəti xarakter daşıyır”
![](https://ena.az/uploads/news/2023-03/_ena_14b04f26ccfa0eb174d8d14c2_o.jpg)
Ümid edirik ki, Bakı-Tehran münasibətlərindəki hazırkı çat müvəqqəti xarakter daşıyır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı Bakı-Tehran münasibətlərindəki çatın tezliklə arxada qalacağını söyləyib: “Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına yardım edəcək. Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”, – o deyib.