Gündəm

Prezidentin Laçına təyin etdiyi xüsusi nümayəndə KİMDİR?

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

ENA.az xəbər verir ki, M.Məmmədov yeni təyinatadək iqtisadiyyat nazirinin müşaviri olub.

O, daha əvvəl bir sıra yüksək vəzifələrdə işləyib. Məsim Məmmədov, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)