Elm və Texnologiya

“WhatsApp”da yeni funksiyalar işə salınacaq

“WhatsApp”da əlavə 2 funksiya yaradılıb.

ENA.az xəbər verir ki, artıq çat qrupa kimin qoşula bilib-bilməyəcəyinə qrup adminləri qərar verəcək 

Yəni, adminlərin dəvət linki olduqda qrup çatında yeni şəxsi qəbul etmək və ya rədd etmək seçimi olacaq.

Yeni funksiya ilə "WhatsApp" qrup administratorları daha çox nəzarət əldə edəcəklər. Həmçinin, nəzarət funksiyası hər kəs üçün əlçatan olacaq. Yəni, istifadəçinin dəvət linki olsa belə, qoşulmadan əvvəl adminin təsdiqini gözləməli olacaq.

Yeniləmədən sonra gələn başqa bir funksiya isə adlar siyahısındakı şəxslərin hansı qrupları birləşdirdiyini görmək olacaq.

Şirkət yeni funksiyaların yaxın həftələrdə istifadəyə veriləcəyini bildirir. Bunun üçün tətbiqi yeniləmək lazım olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)