Ülviyyə Cabbarova sədr seçildi

Ötən gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
ASA-dan verilən məlumata görə, ASA-nın təsisçiləri tərəfindən Müşahidə Şurasının sədri postuna namizədliyi irəli sürülən “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova səsvermə nəticəsində Şura üzvləri tərəfindən yekdilliklə dəstəklənib.
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti ASC-nin sabiq sədri Azər Əliyevin ASA-nın Müşahid Şurasındakı sədrlik vəzifəsinin səlahiyyət müddəti 30 dekabr 2022-ci il tarixdə başa çatdığı üçün o, bu postdan ayrılmışdı.