Elm və Texnologiya

“Whatsapp” bu istifadəçiləri bloklayır

Son günlər sosial şəbəkələrdə istifadəçilər "Whatsapp" hesablarının bloklanması ilə bağlı məlumatlar paylaşırlar.

Məlumatına görə, həmin hesabların blok olunmasının əsas səbəbi "Whatsapp Plus"dur. Qeyri-rəsmi mobil proqramdan istifadə hesablarınızın bloklanmasına səbəb olur.

Alexmods tərəfindən hazırlanmış və nəşr olunan "WhatsApp Plus" tətbiqi rəsmi "WhatsApp" tətbiqində olmayan funksiyaları təmin etməklə istifadəçilərinə fərqli "WhatsApp" təcrübəsi təqdim edən qeyri-rəsmi mobil proqramdır. "WhatsApp Plus" rəsmi mobil proqram olmadığı üçün onu proqram mağazalarında tapa bilməzsiniz. Siz onu "APK" ( Android Proqram Arxivi ) olaraq yükləməli və manual olaraq quraşdırmalısınız.

"WhatsApp Plus"un istidadəçilər üçün zərərləri hansılardır?

1) "WhatsApp" hesabınızı itirə bilərsiniz;

2) Mesajlarınızın məxfiliyi təhlükə altına düşür;

3) Cihazınız zərərli proqramlara yoluxa bilər;

4) Rəsmi mənbədən yeniləmələri qəbul etmir;

5) Cihazınızı reklamlarla doldura bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)