Hadisə

Son 50 ildə baş verən zəlzələlər dünya iqtisadiyyatına nə qədər ziyan vurdu? - Statistika

Son 50 ildə dünyada baş verən və yüz minlərlə insanın ölümünə səbəb olan dəhşətli zəlzələlərin iqtisadi zərəri trilyonlarla dollara çatır. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Nyu-Yorkda yerləşən Sığorta İnformasiya İnstitutunun məlumatlarına görə, son 50 ildə dünyada ən güclü zəlzələlərdən biri 2011-ci il martın 11-də Yaponiyada baş verib. Tohokuda 9,1 bal gücündə olan bu təbii fəlakət 360 milyard dollar zərərlə ən çox iqtisadi itki verən zəlzələ olaraq qeydə alınıb.

Zəlzələ və ardınca baş verən sunami nəticəsində 20 min insan həyatını itirib, 70 milyon kubmetrdən çox dağıntı sahəsi yaranıb. Sığorta İnformasiya İnstitutunun məlumatlarına görə, səbəb olduğu iqtisadi zərərin 47 milyard dollarını sığorta ilə qarşılayan Tohoku zəlzələsi dünya tarixində ən yüksək sığortalı zəlzələ olaraq da qeydə alınıb.

1995-ci ildə Yaponiyada baş verən 6,9 bal gücündə Böyük Hanşin zəlzələsi 6400-dən çox insanın ölümünə səbəb olub, zəlzələnin iqtisadi zərəri 200 milyard dollar həcmində dəyərləndirilib.

2008-ci ildə Çində baş verən 8 bal gücündə zəlzələdə 87 mindən çox insan həyatını itirdi. Bu zəlzələnin iqtisadi zərəri isə 150 milyard dollara çatıb.

Mərkəzi Türkiyənin Kahramanmaraş şəhəri olan zəlzələlərdən zərər çəkən Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniyə, Hatay, Kilis, Malatya və Elazığda martın 4-dək 45 min 968 nəfər həyatını itirib. Türkiyə Sahibkarlar və İş Dünyası Konfederasiyası Kahramanmaraş mərkəzli zəlzələlərin 84,1 milyard dollar maddi ziyana səbəb olacağını proqnozlaşdırıb. UNDP-nin məlumatına görə, zəlzələlər nəticəsində bölgədə təqribən 100 milyon kubmetr dağıntı sahəsi yaranıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)