Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər artıb
2018-ci ilin dekabr ayında Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər 0,9% artıb.
Bu barədə bazarı araşdıran "MBA" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.
Onun sözlərinə görə, ötən il ərzində qiymət artımı isə 6,8% təşkil edib.
"Dekabrda ilkin mənzil bazarında qiymətlər orta hesabla 13,9% artaraq 1m2 üçün 1 337 manat, təkrar mənzil bazarında isə qiymətlər orta hesabla 1,8% artaraq 1 685 manat təşkil edib", - deyə o, qeyd edib.