Gündəm

Putin Təhlükəsizlik Şurasını fövqəladə toplantıya çağırdı

Rusiya prezidenti Vladimir Putin tezliklə Təhlükəsizlik Şurasının fövqəladə toplantısını keçirəcək.

ENA.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, əsas mövzu Bryanskdakı hadisələrin müzakirəsi olacaq.

Qeyd edək ki, bu gün Rusiyanın Ukrayna ilə həmsərhəd Bryansk vilayətində atışma qeydə alındığı, iki nəfərin girov götürüldüyü barədə rəsmi Kiyev tərəfindən təsdiqlənməmiş iddialar tirajlanmışdı. Rusiya Federal Təhlükəsizlik Xidməti isə hadisəni törədənlərin zərərsizləşdirilməsi istiqamətində işlər görüldüyü barədə açıqlama yayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)