Vakansiyalar

Avtomobil satışı üzrə rəhbər axtarılır – VAKANSİYA 

Şirkətin adı: Onvolt MMC
Vəzifə: Satış üzrə rəhbər
Əlaqə: hr@onvolt.az

Azərbaycanda rəsmi təqdim olunmuş ilk tam elektrikli avtomobil brendi olan Skywell-in ölkəmizdəki rəsmi idxalçısı Onvolt MMC “Satış üzrə rəhbər” vəzifəsinə vakansiya elan edir. 

Vəzifə öhdəlikləri:

  • Avtobillərin satışının həyata keçirilməsi
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması (avtomobil sektorunda müştəri bazası olan namizədlərə üstünlük veriləcək);
  • Şirkətlərlə korporativ satış üçün danışıqların aparılması;
  • Potensial müştərilərin araşdırılması və cəlb olunması;
  • Satış hədəflərinə çatmaq üçün strateji planların hazırlanması və həyata keçirilməsi;
  • Aylıq və rüblük satış məqsədlərini hazırlamaq və təşviq etmək;
  • Ətraflı və dəqiq satış hesabatlarının hazırlanması;
  • Bazarda rəqabətin, həmçinin tələb və təklifin qiymətləndirilməsi;
  • Cari və yeni məhsullar üzrə satış həcminin və mənfəətin təxmin edilməsi;
  • Müştəri loyallığını artırmaq, müştərilərin biznes ehtiyaclarını və məqsədlərini daha yaxşı başa düşmək üçün müştərilərlə mütəmadi əlaqələrin qurulması;
  • Satış qiymətlərini müəyyən etmək üçün rəqabətin və tələb və təklifin qiymətləndirilməsi;
  • Satış komandasının yeniliklərə hazırlanması üçün satış üzrə təlim proqramının yaradılması və tətbiq edilməsi.
     

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan və ingilis dili zəruridir, rus dili arzu olunandır;
  • Satış sahəsində iş təcrübəsi arzu olunandır;
  • Ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • Komandada və individual işləmək bacarığı.
     

İş şəraiti:
İş yeri: Baş ofis - Onvolt MMC, Ceyhun Hacıbəyli 194
İş qrafiki: 6/7; saat 10:00-19:00
Əmək haqqı: razılaşdırma yolu ilə (fiks və bonus nəzərdə tutulur). 

Şirkət haqqında


Onvolt MMC Skywell elektrik avtomobillərinin Azərbaycanda rəsmi nümayəndəsidir. Onvolt şirkəti elektrik avtomobillərin satışını, satışdan sonrakı servis xidmətini və ehtiyat hissələrinin satışını təşkil edir. Skywell, Azərbaycanda rəsmi təqdim olunmuş ilk tam elektrikli avtomobil brendidir.

vebsayt: onvolt.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department