Qarabağ

Simonyan: “Hansı tərəf müsbət bir şey etməyə çalışanda Moskva əsəbi reaksiya verir”

Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir.

Bunu jurnalistlərə açıqlamasında Bakı ilə münasibətlərin tənzimlənməsində Moskvanın rolunu şərh edərkən Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Moskvanın rolu var. Olmaya da bilməz, çünki orada rus sülhməramlıları yerləşdirilib. Amma buna baxmayaraq, hər hansı tərəf müsbət bir şey etməyə çalışanda Moskvadan gələn emosional hərəkətləri, əsəbi reaksiyaları lazımsız hesab edirəm. Bu lazım olduğundan daha emosionaldır”, – Alen Simonyan bildirib.

Simonyan əlavə edib ki, Rusiya tərəfinin reaksiyası daha sakit və təmkinli olmalıdır. Onun sözlərinə görə, Moskva vəziyyəti başa düşməlidir.

“Ermənistanın öz maraqları və təhlükəsizliyi var və o, “geosiyasi vəziyyətə, kiminsə istəklərinə və ya qısqanclığına baxmayaraq” bunu təmin etməlidir”, – Simonyan deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)